Litva 1 milyard avro dəyərində hərbi nəqliyyat vasitələri alacaq

2026/04/1777100421.jpg
Oxunub: 203     23:18     09 İyun 2026    
Litva ordu üçün 1 milyard avroya yolsuzluq avtomobilləri və yük maşınları da daxil olmaqla hərbi nəqliyyat vasitələri almaq niyyətindədir.

Ordu.az-ın məlumatına görə, bu barədə Litva Müdafiə Nazirliyi xəbər verib.

""Veho Lietuva" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, silahlı qüvvələr üçün MB G-Class yolsuzluq avtomobilləri, MB Unimog, MB Zetros və MB Arocs markalı yük avtomobilləri alınacaq", - deyə bildirilib.

Avadanlıqların çatdırılmasına 2026-cı ildə başlanacaq. Müqavilənin 2032-ci ildə başa çatması planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Hərbi-nəqliyyat-vasitəsi  


Bizi "telegram"da izləyin