Qalibaf Trampa cavab verib: “Diplomatiya dilinə üstünlük veririk, amma başqa dillərdə daha yaxşı danışırıq”

2026/03/1773345912.jpg
Oxunub: 213     22:13     09 İyun 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni öhdəliklərini pozacağı təqdirdə nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.

Ordu.az xəbər verir ki, Qalibaf bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

İran parlamentinin sədri bildirib ki, Tehran diplomatik yolları üstün tutur, lakin digər vasitələrdən istifadə etmək imkanına da malikdir.

“Biz diplomatiya dilinə üstünlük veririk, amma başqa dillərdə daha yaxşı danışırıq. Öhdəliklərinizi pozun və biz ən yaxşı bildiyimiz dilə keçəcəyik”, - deyə Qalibaf yazıb.

Məlumata görə, Məhəmməd Baqir Qalibaf 2026-cı ilin aprel ayında əldə edilmiş kövrək atəşkəs razılaşmasından sonra İran tərəfdən aparılan danışıqlar prosesinə rəhbərlik edir.

Onun açıqlaması ABŞ Prezidenti Donald Trampın İranı Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus AH-64 “Apache” hücum helikopterinin məhv edilməsinə görə birbaşa məsuliyyət daşımaqda ittiham etməsindən qısa müddət sonra səsləndirilib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ İranın bu addımına cavab verməyə “məcburdur”.

Qalibafın bəyanatı Vaşinqton və Tehran arasında gərginliyin artdığı bir vaxtda tərəflər arasında ritorikanın daha da sərtləşdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   Tramp  


Bizi "telegram"da izləyin