Erməni politioloq: “Müxalifət üçün əsas məsələ aydın fəaliyyət planının olmasıdır”

2026/06/1781024529.jpg
Oxunub: 194     21:02     09 İyun 2026    
“Müxalifət parlament mandatlarını qəbul edib-etməmək məsələsində mürəkkəb seçim qarşısındadır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Karen Köçəryan sosial şəbəkə hesabında yazıb.

Köçəryan bildirib ki, ilk baxışdan müxalifətin mandatlardan imtina etməsi məntiqli görünə bilər, lakin bu halda siyasi qüvvələrin seçki siyahılarında yer alan şəxslərə nəzarəti təmin etməsi çətinləşə bilər.

“Mandatlardan imtina ediləcəyi təqdirdə müxalifətin əvvəlcədən hazırlanmış və aydın fəaliyyət planı olmalıdır. Əks halda, belə qərar emosional xarakter daşıyacaq və qısa müddət sonra həmin siyasi qüvvələr təsir imkanlarını itirəcəklər. Əgər müxalifət parlamentdə təmsil olunarsa, hakimiyyət konstitusion çoxluq əldə etmək imkanından məhrum ola bilər”, - deyə erməni politoloq qeyd edib.

Onun sözlərinə görə, bu halda Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiya dəyişikliklərini həyata keçirməkdə çətinliklə üzləşəcək.

Erməni politoloq vurğulayıb ki, mandatların qəbul olunması paralel şəkildə küçə mübarizəsinin aparılmasını istisna etmir.

“İstənilən halda əsas məsələ konkret fəaliyyət planının mövcud olmasıdır. Əks təqdirdə, daha əvvəl dəfələrlə şahidi olduğumuz nəticələr ortaya çıxacaq”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin