Ermənistanda məhkəmə Qarabağdan könüllü köç etmiş hərbçilərin evlərdən çıxarılmasını qadağan edib

2026/04/1775888747.jpg
Oxunub: 198     20:50     09 İyun 2026    
Ermənistan İnzibati Məhkəməsi ölkənin Müdafiə Nazirliyinə Qarabağdan könüllü köç etmiş hərbçilərin yaşadıqları mənzillərdən çıxarılmasını qadağan edib.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Roman Yeritsyan məlumat yayıb.

Onun sözlərinə görə, məhkəmə müvafiq qərar qəbul edərək Ermənistan Müdafiə Nazirliyinin həmin şəxslərin mənzillərdən çıxarılması ilə bağlı addımlarını dayandırıb.

Xatırladaq ki, Roman Yeritsyan daha əvvəl bildirmişdi ki, vaxtilə Ermənistanda əvəzsiz əmlak əldə etmiş, Qarabağda qulluq etmiş bütün yüksək rütbəli erməni hərbçilərə mənzilləri boşaltmaları barədə bildiriş göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Mənzil  


Bizi "telegram"da izləyin