Fars körfəzi ölkələri neftin boru kəmərləri vasitəsilə ixracını müzakirə edir

2026/03/1773298624.jpg
Oxunub: 243     19:25     09 İyun 2026    
Küveyt Fars körfəzindəki böhran fonunda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə öz neftinin bu ölkələrin boru kəməri sistemləri vasitəsilə ixracı ehtimalını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyasının baş direktoru Şeyx Nəvaf Səud Nasir əs-Sabah Vaşinqtondakı Atlantika Şurasında keçirilən enerji forumunda bildirib.

"Biz Səudiyyə Ərəbistanı və BƏƏ-dəki qardaşlarımızla Küveyt barellərini qəbul edə bilməsi üçün onların boru kəməri sistemini necə genişləndirmək barədə danışıqlar aparırıq", - o bildirib.

Korporasiya rəhbəri qeyd edib ki, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri çağırışlara kollektiv şəkildə cavab verməyə çalışaraq, uzun müddətdir ki, heç vaxt olmadığı qədər birgə işləyir. O dəqiqləşdirib ki, şura çərçivəsində qarşılıqlı yardım mexanizmi mövcuddur və buna əsasən, əgər bir ölkə neft ixrac edə bilmirsə, digəri sonradan qarşılıqlı hesablaşma şərtilə bunu onun adından həyata keçirir. Lakin heç kimin sərbəst ixrac gücünün olmadığı mövcud şəraitdə, region ölkələri boru kəməri infrastrukturunun genişləndirilməsi variantları üzərində işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fars-körfəzi   Neft  


Bizi "telegram"da izləyin