İsrail XİN maliyyə naziri və ölkə vətəndaşlarına qarşı sanksiyaları pisləyib

2026/06/1781017270.jpg
Oxunub: 230     18:43     09 İyun 2026    
İsrailin Xarici İşlər Nazirliyi (XİN) bir sıra xarici dövlətlər tərəfindən ölkə vətəndaşları, təşkilatlar və maliyyə naziri Betsalel Smotriçə qarşı tətbiq edilən məhdudiyyətləri pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail XİN-in "X" sosial şəbəkə hesabında yayılan bəyanatında bildirilib.

Məlumata görə, bu cür addımlar siyasi motiv daşıyır və İsrail-Fələstin münaqişəsinə yanaşmalar, eləcə də ərazilərin statusu məsələləri ilə bağlıdır.

İsrail tərəfinin fikrincə, bir sıra ölkələr antisemitizmlə mübarizə üçün kifayət qədər səy göstərmir və bu cür qərarlar problemin güclənməsinə şərait yarada bilər.

Daha əvvəl Fransa Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç tərəfdaşları ilə birlikdə İordan çayının Qərb sahilindəki vəziyyət, həmin əraziyə məskunlaşan israillilər və fələstinlilərlə bağlı insidentlərlə əlaqədar Smotriçə qarşı ölkəyə giriş qadağası da daxil olmaqla, məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   XİN   Smotriç  


Bizi "telegram"da izləyin