Norveç Ukrayna üçün dronların alınmasına 120 milyon dollardan çox vəsait ayıracaq

2026/03/1773658861.jpg
Oxunub: 224     18:04     09 İyun 2026    
Norveç Ukrayna üçün dəniz dronlarının hazırlanması və alınmasına 1,2 milyard kron (120 milyon dollardan çox) vəsait ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Norveç hökumətinin məlumatında bilirilib.

Qeyd olunub ki, Ukraynaya yardım üzrə 2030-cu ilə qədər nəzərdə tutulan "Nansen" proqramı çərçivəsində ayrılan vəsaitlər Norveç və Ukrayna sənayesi tərəfindən istehsal olunan pilotsuz gəmilərin alınmasına yönəldiləcək.

"Norveç dəniz sənayesi dünyanın ən yaxşılarından biridir. Mən şadam ki, bu imkanlar dəniz dronlarını kəşfiyyat, hücum əməliyyatları və Rusiya hücumlarından qorunmaq üçün tətbiq edən Ukraynaya dəstək məqsədilə istifadə edilə bilər", - məlumatda sözləri yer alan Norveç Baş naziri Yonas Qar Störe qeyd edib.

Bu gün Estoniyanın paytaxtı Tallində Ukrayna Prezidenti Volodimir Zelenski və Y.Störe arasında görüş baş tutub.

Qeyd edək ki, iyunun əvvəlində V.Zelenski Norveç hakimiyyətinin Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükündə kömək etməyə razılaşdığını bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin