İranın BAEA-dakı nümayəndəliyi ABŞ qətnaməsini təcavüzü əsaslandırmaq cəhdi adlandırıb

2026/06/1781011375.jpg
Oxunub: 255     17:24     09 İyun 2026    
“İranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarəçilər Şurasına təqdim edilən ABŞ qətnamə layihəsi yeni təcavüzü əsaslandırmaq üçün növbəti cəhddir”.

Ordu.az xəbər verir ki, bunu İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi bəyan edib.

İran İslam Respublikasının nümayəndəliyindən bildirilib ki, ABŞ BAEA-da təxribat xarakterli qətnamənin qəbuluna çalışır. Həmin sənəddə ABŞ-nin özünün İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticəsində yaranmış zərərin yoxlanılması məsələsi də yer alıb.

“Bu, 2025-ci ilin iyununda və noyabrında baş verənlər kimi, yeni təcavüzü əsaslandırmaq üçün növbəti cəhdi xatırladır”, - deyə İran nümayəndəliyinin “X” sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BAEA   ABŞ  


Bizi "telegram"da izləyin