Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Avropalıların vasitəçilik roluna gəlincə, onlar hələ ki vasitəçi olmağa hazır olmaqdan çox uzaqdırlar. Hər şeydən əvvəl, vasitəçilik səylərinə Rusiyaya hansısa şərtlər irəli sürməklə başlamaq, yəqin ki, məntiqsiz, yanlış və təbii ki, bizim üçün qəbuledilməzdir”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, hazırda Avropa ölkələri sülh danışıqlarından daha çox müharibənin davam etdirilməsinə fokuslanırlar.
“Ən vacib məqam ondan ibarətdir ki, biz hələlik avropalıların sülh danışıqlarına deyil, müharibənin davamına daha çox meyilli olduqlarını görürük”, - deyə Kremlin nümayəndəsi əlavə edib.
Sevinc Əliyeva
Ordu.az