Ordu.az xəbər verir ki, bunu iyunun 9-da Nyu-Yorkda keçirilən mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Biz Tehranın heç bir formada nüvə silahına sahib olmasına imkan verməyəcək çox yaxşı bir sazişin yekun mərhələsindəyik”, - deyə Ağ Evin rəhbəri bildirib.
“Fox” telekanalının “YouTube” səhifəsində yayımlanan çıxışında Tramp qeyd edib ki, sazişin əsas nəticələrindən biri regionda sərbəst gəmiçiliyin bərpa olunması olacaq.
“[Hörmüz] boğazı dərhal açılacaq. Bu, imzalanmadan dərhal sonra baş verəcək və imzalanma iki-üç gün ərzində baş tuta bilər”, - deyə o vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, İran İslam Respublikasına qarşı zərbələrin yenidən başlanmasını istəmir. Onun fikrincə, İran limanlarının dəniz blokadası ərazilərin bombardman edilməsindən daha təsirli vasitə olub.
Sevinc Əliyeva
Ordu.az