Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclasında, 2025-ci il dövlət büdcəsinin icrası üzrə illik hesabatın müzakirəsi zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sarkisyan bildirib.
Onun sözlərinə görə, Ermənistan vətəndaşlığından imtina edən 18 yaşdan aşağı kişi cinsindən olan şəxslərin sayı hələ də son dərəcə yüksək olaraq qalır.
“Bu ilin ilk dörd ayında 800-dən çox oğlan Ermənistan vətəndaşlığından imtina edib. Bu o deməkdir ki, onlar 18 yaşına çatdıqdan sonra hərbi xidmətə çağırılmayacaqlar. Bu rəqəmi üçə vuraraq illik göstəricini hesablasaq, ötən ilki mənzərə ilə qarşılaşarıq. Həmin dövrdə 18 yaşdan aşağı 2500-3000 nəfər vətəndaşlıqdan imtina etmişdi. Bu, ordumuz üçün çox ciddi problemdir və illik çağırış kontingentimizin əhəmiyyətli hissəsini təşkil edir”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az