Ordu.az xəbər verir ki, bunu hakim “Fəaliyyət və Həmrəylik” partiyasından parlament sədrinin müavini Doyna German bildirib.
Onun sözlərinə görə, ölkənin əsas strateji məqsədi Avropa İttifaqına inteqrasiyadır və Rumıniya ilə birləşmə də daxil olmaqla alternativ ssenarilərin müzakirəsi bu kursa zərbə vurur.
German vurğulayıb ki, hakimiyyət Avropa İttifaqına inteqrasiya istiqamətində hərəkəti davam etdirmək niyyətindədir və bu istiqamət ictimai dəstəyə və siyasi imkanlara malik olduğu müddətdə həmin siyasət dəyişməyəcək.
O həmçinin qeyd edib ki, Rumıniya ilə birləşmə ideyası əhali arasında kifayət qədər dəstək qazanmır və hakimiyyət vətəndaşların mövqeyi ilə hesablaşmağa borcludur.
Bununla yanaşı, qeyd olunur ki, Moldova və Rumıniyadan olan bir sıra siyasətçilər vaxtaşırı iki ölkənin birləşməsinin tərəfdarı kimi çıxış etsələr də, Kişinyovun rəsmi mövqeyi Avropa inteqrasiyası və Moldova dövlətçiliyinin qorunub saxlanılmasına yönəlib.
Sevinc Əliyeva
Ordu.az