İsrail Tir şəhərinin sakinlərini “Hizbullah” obyektlərinə yeni hava zərbələri barədə xəbərdar edib

2026/06/1780689923.jpg
Oxunub: 245     13:15     09 İyun 2026    
İsrail ordusu Livanın cənubunda yerləşən Tir şəhərinin sakinlərini yaxın vaxtlarda həyata keçiriləcək hava zərbələri barədə xəbərdar edib.

Ordu.az xəbər verir ki, zərbələrin hədəfinin şiə “Hizbullah” təşkilatına məxsus obyektlər olacağı bildirilib.

İsrail Müdafiə Ordusunun sözçüsü Avihay Edri əhaliyə mümkün zərbə bölgələrini təcili şəkildə tərk etməyi tövsiyə edib.

Onun “X” sosial şəbəkəsində ərəb dilində yayımladığı açıqlamada şəhərin qədim xristian məhəlləsi də qeyd olunub. Edri həmin ərazidə silahlıların mövcud ola biləcəyini qeyd edib.

Sözçü bildirib ki, İsrail ordusu “Hizbullah”ın infrastrukturuna qarşı əməliyyatlar keçirməyi planlaşdırır və silahlılar tərəfindən istifadə olunan istənilən bina hədəfə çevrilə bilər.

Sakinlərə Zəhrani çayının şimal sahillərinə doğru təxliyə olunmaları tövsiyə edilib, cənub istiqamətində hər hansı hərəkətin isə təhlükəli olduğu vurğulanıb.

İsrail tərəfinin məlumatına görə, zərbələr yalnız 130 mindən çox əhalisi olan Tir şəhərini deyil, həmçinin onun ətraf ərazilərini və Burc əş-Şimali, Rəşidiyyə və Əl-Bas fələstinli qaçqın düşərgələrini də əhatə edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin