Ordu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hazırda bu informasiyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının parlament seçkiləri üzrə ilkin nəticələrinə əsasən səslər aşağıdakı qaydada bölüşdürülüb:
“Vətəndaş Müqaviləsi” partiyası - 49,825 faiz,
“Güclü Ermənistan” bloku - 23,281 faiz,
“Ermənistan” bloku - 9,934 faiz,
“Çiçəklənən Ermənistan” partiyası - 3,996 faiz.
Parlamentə keçid həddi 4 faiz təşkil edir. Səslərin yenidən hesablanması nəticəsində “Çiçəklənən Ermənistan” partiyasının göstəricisi artarsa, həmin siyasi qüvvə də yeni parlamentdə təmsil oluna bilər.
Alpər Mövludoğlu
Ordu.az