Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Tramp bildirib ki, Netanyahuya “sağlam məntiqlə hərəkət etməyi” tövsiyə edib, çünki tərəflər onun sözlərinə görə, “çox güclü və yaxşı sazişin” bağlanmasına yaxındırlar.
ABŞ Prezidenti qeyd edib ki, Netanyahu ilə danışdığı vaxt raketlər artıq havada olub və İrana doğru hərəkət edirdi.
“Əgər mən ona nəsə deyirəmsə, o bunu edir”, - deyə Tramp əlavə edib.
Bununla yanaşı, daha əvvəl mediada Trampın İsraili Livandakı hədəflərə, o cümlədən Beyruta zərbələr endirməməsi barədə xəbərdar etdiyi, lakin həmin xəbərdarlıqların nəzərə alınmadığı barədə məlumatlar yayılmışdı.
Sevinc Əliyeva
Ordu.az