Ordu.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, müvafiq niyyət iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə Çin Sədri Si Cinpin və Gürcüstan Prezidenti Mixael Kavelaşvilinin bir-birinə ünvanlandığı təbrikdə əks olunub.
Bu məlumat Gürcüstan mediasında da geniş işıqlandırılıb. Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili Çinin Gürcüstandakı səfiri Çjou Tsyanla birgə brifnqdə sözügedən mövzuya toxunub.
"Qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradan möhkəm tərəfdaşlıqda yeni səhifə açılıb", - Xvtisiaşvili bəyan edib.
Ordu.az