BMT Baş katibi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda təmkinə çağırıb

2026/06/1780988805.jpg
Oxunub: 203     11:00     09 İyun 2026    
BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə yeni eskalasiya dalğası ilə bağlı dərin narahatlığını ifadə edib və bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Fərhan Haqın yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, Quterreş bütün hücumların dərhal dayandırılmasına, vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə və regiondakı onsuz da qeyri-sabit vəziyyəti nəzərə alaraq son dərəcə ehtiyatlı davranmağa çağırıb.

Baş katib həmçinin Livan, İran və Qəzza zolağında atəşkəs rejiminə tam əməl olunmasının vacibliyini vurğulayıb.

O, gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri pozmağa qadir olan hərəkətlərdən çəkinməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Quterreş  


Bizi "telegram"da izləyin