Rumıniya Prezidenti Nikuşor Dan Ermənistanda keçirilən seçkilərdə qələbə qazanması münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik edib.
Ordu.az xəbər verir ki, Rumıniya lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Baş nazir Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Rumıniya və Ermənistan uzun illərə söykənən dostluq münasibətləri ilə bağlıdır və mən tərəfdaşlığımızın daha da gücləndirilməsini səbirsizliklə gözləyirəm”, - deyə Nikuşor Dan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rumıniya
Ermənistan