Ordu.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Vens qeyd edib ki, tarixi təcrübə göstərir ki, hakim partiyalar ölkədə vəziyyət sabit qalsa belə, aralıq seçkilərdə tez-tez mövqelərini itirirlər.
Bununla yanaşı, o, respublikaçıların seçicilərin dəstəyini qorumaq şansının olduğunu vurğulayıb. Vitse-prezident bunu Prezident Donald Trampın əsas seçki vədlərini yerinə yetirməsi ilə əlaqələndirib.
Vens demokratları da tənqid edərək bildirib ki, onlar amerikalıların etimadını qazana biləcək namizədlər irəli sürə bilməyiblər.
O, həmçinin vurğulayıb ki, Vaşinqton İsrailin mövqeyindən asılı olmayaraq İranla, o cümlədən onun nüvə proqramı ilə bağlı məsələlər üzrə razılıq əldə etməyə çalışmaqda davam edəcək.
Vensin sözlərinə görə, mümkün razılaşmanın uğurunun əsas göstəricilərindən biri sənədin məzmunu deyil, Tehranın üzərinə götürdüyü öhdəlikləri faktiki şəkildə yerinə yetirməsi olacaq.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Amerikalılar Nümayəndələr Palatasının bütün tərkibini və Senatın üçdə bir hissəsini yenidən seçəcəklər. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
Sevinc Əliyeva
Ordu.az