SEPAH komandanı: “Fars körfəzindən Qırmızı dənizə qədər “müqavimət təhlükəsizlik zonası” yaradılacaq”

2026/05/1779081080.jpg
Oxunub: 271     09:10     09 İyun 2026    
Hörmüz boğazından Bab əl-Məndəb boğazına, Fars körfəzindən isə Qırmızı dənizə qədər uzanan akvatoriya bundan sonra yeni vahid “müqavimət təhlükəsizlik zonası” formalaşdıracaq.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində fəaliyyət göstərən “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general İsmayıl Qaani sosial şəbəkədə paylaşım edib.

Qaani bildirib ki, Yəmən xalqının vaxtında və qətiyyətli addımları Müqavimət Cəbhəsinin müdrikliyinin və strateji yetkinliyinin parlaq nümunəsidir.

“Zərurət yaranarsa, bu mübarizəyə digər qüvvələr də qoşulacaq”, - deyə o vurğulayıb.

Komandan qeyd edib ki, İsrail və ABŞ-nin regiondakı hərəkətləri qaçılmaz olaraq Müqavimətin vahid cəbhəsinin sərt cavabı ilə nəticələnəcək.

“Sərhədsiz döyüşçülər” strukturu sizi fasiləsiz izləyir. Hücumlarınızı davam etdirsəniz, onlar kəndiri boğazınıza daha da sıxacaqlar”, - deyə Qaani əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran   ABŞ  


Bizi "telegram"da izləyin