Ukraynada müdafiə naziri bütün müavinlərini işdən çıxarmağı planlaşdırır

2023/12/1702444904.jpg
Oxunub: 384     00:07     21 Sentyabr 2024    
Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.

Ordu.az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, nazir Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.

“Müdafiə naziri Rustəm Umerov öz müavinlərinin demək olar ki, hamısını tutduqları vəzifələrdə səmərəsiz olduqlarına görə işdən çıxarmağı planlaşdırır”, - məlumatda qeyd olunub.

Qeyd olunub ki, Umerovun Budanovu Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad etmək fikri yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Umerov  


Bizi "telegram"da izləyin