Xarici diplomatlara azad edilmiş ərazilərdəki ən böyük SES göstərilib

2024/09/2024--1726647570.jpg
Oxunub: 287     12:16     18 Sentyabr 2024    
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda sentyabrın 2-də açılışı olmuş Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) işi ilə tanış olublar.

Ordu.az xəbər verir ki, stansiyada görülən işlər barədə qonaqlara məlumat verilib, bu obyektin tikintisində xarici şirkətlərin də iştirak etdiyi bildirilib.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq tikilən “Yuxarı Vəng” SES Vətən müharibəsində qələbədən sonra regionda yaradılan ən böyük “yaşıl enerji” mənbəyidir.

Qeyd edək ki, bundan əvvəl Kəlbəcər rayonuna səfəri çərçivəsində diplomatlar Sərsəng su anbarında və “Suqovuşan” istirahət parkında olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   SES  


Bizi "telegram"da izləyin