Paşinyan: "Ermənistan Türkiyə ilə münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır"

2024/09/1726118406.jpg
Oxunub: 353     11:53     18 Sentyabr 2024    
“Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”.

Ordu.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

O bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb.

N. Paşinyan İran və Gürcüstanla əlaqələri də şərh edib. Ermənistanın hökumət başçısı vurğulayıb ki, bu dövlətlərlə uzunmüddətli perspektivdə hər hansı münaqişənin yaranacağı gözlənilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Türkiyə  


Bizi "telegram"da izləyin