Bayden sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək

2024/09/1726636451.jpg
Oxunub: 259     09:50     18 Sentyabr 2024    
ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxış edəcək.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən belə çıxır ki, Bayden sentyabrın 23-25-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcək.

“Prezident Bayden sentyabrın 24-də Baş Assambleyadakı çıxışından əlavə, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   ABŞ  


Bizi "telegram"da izləyin