NYT: Qolf zamanı Trampın təhlükəsizliyinə zəmanət vermək olmur

2024/08/1724216085.jpg
Oxunub: 210     05:40     18 Sentyabr 2024    
Məxfi Xidmət rəisi vəzifəsini icra edən Ronald Ro Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa xəbərdarlıq edib ki, onun qolf meydançalarında qolf oynayarkən təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülməlidir.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “New York Times“ öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Ro bu barədə Trampa bazar ertəsi şəxsi görüşü zamanı, ABŞ hökumətinin rəhbəri postuna namizədin qolf oynamağa davam etməsinin təhlükəsiz olub-olmadığı sualına cavab verərkən məlumat verib.

Ro deyib ki, Tramp ictimai yolların yaxınlığında yerləşən geniş meydançalarda oynadığı zaman Gizli Xidmətin işini yerinə yetirməsini çətinləşdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin