Ordu.az xəbər verir ki, Tramp bunu Miçiqan ştatının Flint şəhərində seçicilər qarşısında danışarkən deyib.
“Baxmayaraq ki, mənimlə iqtisadi məsələlərdə qarşı-qarşıya gəlməməyə üstünlük verirlər onlar hətta bunun olmasını istəyirlər. Həqiqətən də onlar bunun baş verməsini istəyirlər. Çünki dünya partlamaq ərəfəsindədir və mənimlə o, partlamayacaq.”, - deyə o bildirib.
Qeyd edək ki, bu, ona qarşı sentyabrın 15-də baş vermiş sui-qəsd cəhdindən sonra seçicilər qarşısında ilk çıxışıdır.
Tramp çıxışı zamanı sui-qəsd cəhdinə də münasibət bildirib. O deyib ki, prezident olmaq həmişə müəyyən qədər təhlükəlidir. Lakin o əmin edib ki, hələ də dövlət başçısı postunu tutmağı planlaşdırır.
Ordu.az