Ordu.az xəbər verir ki, bu barədə Cənubi Asiya ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.
“Bu gün (sentyabrın 17-də – red.) Azərbaycanın Nepalda yeni təyin olunmuş qeyri-rezident səfiri Zati-aliləri cənab Elçin Hüseynli xarici işlər üzrə katib xanım Seva Lamsalla nəzakət görüşünə gəlib”, – məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, görüşdə Azərbaycan – Nepal münasibətləri müzakirə olunub.
“Bu münasibətlə xarici işlər üzrə katib həmçinin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla baş tutması üçün ən xoş diləklərini çatdırıb”, – mətbuat xidməti əlavə edib.
Xatırladaq ki, daha əvvəl diplomat qeyri-rezident səfir olduğu Maldivin Prezidentinə etimadnaməsini təqdim etmişdi.
Ordu.az