Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib

2024/09/2024--1726635732.jpg
Oxunub: 1369     02:36     18 Sentyabr 2024    
Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin iqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Həniflə görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.

“İqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Hənif Azərbaycanın Kabildəki səfiri İlham Məmmədovla görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsini müzakirə edib”, – nazirliyin mətbuat xidməti diqqətə çatdırıb.

Qurumun məlumatında qeyd olunub ki, hər iki tərəf iqtisadi və ticarət əməkdaşlığın gücləndirilməsi üçün Əfqanıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Əfqanıstan  


Bizi "telegram"da izləyin