Ordu.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində söyləyib.
“Azərbaycan böyük nailiyyətlər əldə edib. Ərazi bütövlüyünün bərpası, iqtisadi uğurlar, beynəlxalq arenadakı güclü mövqelər. Bəzi ölkələr bunu qəbul etmirlər, bunu ədalətli dəyərləndirmək onlar üçün çətindir. Lakin biz onu (qarayaxma kampaniyası – red.) gözləyirdik. Bunun üçün də media komandası yaradıldı. Media komandasına çox ciddi mütəxəssislər dəvət olundu. Həm ölkə daxilində, həm də ölkə xaricində gördüyümüz işlərin, apardığımız proqramların təbliğ olunmasına şərait yaradıldı. Bu peşəkar komanda sayəsində bu il elə bir həftə olmayıb ki, biz beynəlxalq mediaya məlumat, açıqlama verməyək”, – o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycana skeptik yanaşan agentliklər indi artıq Bakıya və COP29 komandasına tamamilə fərqli yanaşırlar: “Başa düşürlər, ölkəmizin gücünü görürlər”.
Ordu.az