Ordu.az xəbər verir ki, rəsmilər ölənlərin sayının 11 nəfərə çatdığını bildirib. Hizbullah ən azı səkkiz döyüşçünün öldürüldüyünü açıqlayıb.
Livanın səhiyyə nazirliyi Firas Abiad 2700-dən çox insanın yaralandığını bildirib. Qurbanların çoxunun üzlərində, xüsusən də gözlərində, əllərində və mədələrində xəsarətlər var.
Hadisə zamanı İranın Livandakı səfiri Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində ağır yaralanıb.
İran İnqilab Keşikçiləri Korpusunun iki əməkdaşının hücumla bağlı verdiyi məlumata görə, Əmini daşıdığı peycerin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ağır yaralanıb.
Hücumlardan xəbəri olan və açıq danışmaq səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışan Qvardiya üzvləri cənab Əmininin xəsarətlərinin İranın ilkin məlumatlarından daha ciddi olduğunu və müalicə üçün Tehrana aparılacağını bildiriblər.
***
İranın Livandakı səfiri rabitə qurğusunun partlamasından sonra yaralanıb.
Ordu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səfir Müctəba Əmaninin yüngül xəsarət aldığı və hazırda xəstəxanada müşahidə altında olduğu bildirilir.
***
Beyrutdakı partlayışda İran səfiri yaralanıb.
Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Xəbərə görə, İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani Beyrutda kiberhücum nəticəsində baş vermiş partlayış zamanı yaralanıb.
Qeyd edək ki, Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb. Bu bardə “Reuters“ adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb. Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.
Ordu.az