Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək

2024/02/1708324873.jpg
Oxunub: 328     17:01     17 Sentyabr 2024    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Cozef Bayden administrasiyasının nümayəndələri ilə Tbilisiyə sanksiyaların tətbiqi məsələsini müzakirə edəcək.

Ordu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

“Biz bütün mövzuları müzakirə edəcəyik”, - İ.Kobaxidze qeyd edib.

Xatırladaq Kİ, ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Onlar Gürcüstan Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri və “Alt-İnfo” media platformasının liderləridir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ həmçinin 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvlərinə qarşı “demokratiyaya xələl gətirmə” iddiası ilə viza məhdudiyyətləri tətbiq edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   ABŞ  


Bizi "telegram"da izləyin