Almaniya XİN başçısı: "Ukrayna məğlub olarsa, növbə Moldovanın olacaq"

2022/05/789df-1651412792.jpg
Oxunub: 361     15:29     17 Sentyabr 2024    
Ukraynaya dəstək Moldovanın sağ qalmasına zəmanət verir.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın regiona müdaxiləsinin genişləndirilməsi ilə bağlı narahatlığı aradan qaldırmaq üçün keçirilən konfransda deyib.

"Ukraynanı dəstəkləmək üçün etdiyimiz hər şey həm də Moldova ilə bağlı stabilləşmənin dəstəklənməsi deməkdir", - Berbok qeyd edib.

“Burada insanların ən böyük narahatlığının nə olduğu aydındır: Ukrayna məğlub olarsa, növbəti ölkə Moldova olacaq”, - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin