Erməni ekspert: “Rəqib “Keçut” su anbarının qidalandığı, Arpa-Göyçə tunelinin başladığı Arpa çayının yatağının yaxınlığında dayanıb”

2024/09/1726560896.jpg
Oxunub: 342     11:43     18 Sentyabr 2024    
“Bu, iki il əvvəl rəqibin hərbi əməliyyatı nəticəsində ələ keçirilmiş ərazilərin bir hissəsidir”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Anjela Elibeqova “Facebook” səhifəsində yazıb və foto paylaşıb.

“Bu sektorun xəritəsi açıq şəkildə göstərir ki, onlar strateji yüksəkliklərə nəzarət etməklə yanaşı, başqa bir problemi - su ehtiyatlarımıza nəzarəti də həll edirlər. Rəqib faktiki olaraq “Keçut” su anbarının qidalandığı, Arpa-Göyçə tunelinin başladığı Arpa çayının yatağının yaxınlığında dayanıb. Arenin suvarılması və su elektrik stansiyalarını hələ deməyim. Həmin ərazidə isə dəfələrlə bəyan etdikləri kimi, qoşunları geri çəkmək niyyətləri yoxdur. Üstəlik, delimitasiya və demarkasiya prosesini sülh müqaviləsi ilə bağlamır, bunu demarkasiyanın illərlə çəkə biləcəyi ilə əsaslandırırlar. Ermənistan administrasiyası isə şübhəsiz ki, onlarla razılaşır”, - deyə Elibeqova qeyd edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keçut  


Bizi "telegram"da izləyin