Rusiyalı türkşünas: “Azərbaycan və Rusiya Ermənistan hakimiyyətindən kommunikasiyaların açılması ilə bağlı aydınlıq gözləyirlər”

2024/09/1726558798.jpg
Oxunub: 589     14:13     17 Sentyabr 2024    
“Son ictimai çıxışlardan, Azərbaycan Xarici İşlər Nazirliyinin tələblərindən aydın olur ki, bu mərhələdə Azərbaycan və Rusiya erməni tərəfinin 2020-ci sənədinin altındakı imzasını əsas qəbul edərək, Ermənistan hakimiyyətindən regional kommunikasiyaların açılması ilə bağlı aydınlıq gözləyirlər”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı türkşünas Viktor Nadein-Rayevski deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin həm vasitəçilikdə, həm də Rusiya Federasiyasının iştirakı ilə bağlı gələcək tənzimləmələrdə Rusiyanın iştirakını mümkün qədər azaltmaq istəyərək, bu gündəmlə irəliləmək istəməməsi də başa düşüləndir.

“Düşünürəm ki, əsas müzakirələr bu məsələ ilə bağlıdır. Qaluzinlə Türkiyə nümayəndəsinin görüşündə, məncə, həm vəziyyətin bütün paketi, həm də Rusiyanın baxışı müzakirə olundu. Ümumiyyətlə, açıqlamada tərəflərin bu məsələdə yaxından əməkdaşlıq etməkdə və yanaşmaları müzakirə etməkdə maraqlı olduqları açıq şəkildə ifadə olunub. Türkiyə danışıqlarda vasitəçi deyil, lakin regional proseslərdə əhəmiyyətli iştiraka malikdir”, - deyə Rayevski qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin