KİV: Erməni komandirin qərarı ilə hərbi hissədə “Zəngəzur” filmi nümayiş etdirilib

2024/09/1726558036.jpg
Oxunub: 621     14:54     17 Sentyabr 2024    
Ermənistan Kino Fondunun “Facebook” səhifəsində diqqət çəkən açıqlama yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, açıqlama bundan ibarət olub ki, sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələrinin “N” hərbi hissəsində Hamo Beknazaryanın “Zəngəzur” filminin nümayişi təşkil olunub və orada Qaregin Njdeni (erməni faşist-red.) yazıq, qaçaq şəxs kimi təqdim edilib.

“Parlamentin brifinqində “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan bu fakta toxunub. “Ötən gün axşam saatlarında həmkarlarınızdan biri, “168.am”dan Məryəm Petrosyan biabırçı bir faktı paylaşıb: bu günlərdə hərbi hissələrin birində Qaregin Njde haqqında “Zəngəzur” adlı bolşevik filmi nümayiş etdirilib. Təsəvvür edirsinizmi, biz hansı Silahlı Qüvvələr yaradırıq ki, Qaregin Njdeni satqın, təlxək kimi qələmə verirlər? Bugünkü Silahlı Qüvvələrin mənəvi-psixoloji atmosferi budur”, - deyə deputat qeyd edib.

“168.am”ın məlumatına görə, Hamo Beknazaryanın “Zəngəzur” filmi Nubaraşen təlim taborunda nümayiş etdirilib, bu, yerli komandirin təşəbbüsü olub, çünki o öz rəislərindən müvafiq icazə almayıb və heç bir ərizə təqdim edilməyib. Müəyyən prosedurlardan sonra xidməti araşdırmanın təyin edilib-edilməyəcəyi bəlli olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur   Film  


Bizi "telegram"da izləyin