Erməni deputat: “Paşinyan 2500 PUA-nın əvəzinə müharibə zamanı istifadə olunmayan “Su-30” qırıcılarını alıb”

2024/09/asd-1726554791.jpg
Oxunub: 527     16:19     17 Sentyabr 2024    
“Ermənistan Silahlı Qüvvələrini yenidən təchiz etməklə bağlı hökumətimizin planına əsasən, 2500-ə yaxın Pilotsuz Uçuş Aparatının (PUA) alınması nəzərdə tutulmuşdu”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində ənənəvi brifinqlər zamanı erməni müxalifətçi deputat, Respublikaçılar Partiyasının nümayəndəsi Hayk Mamicanyan deyib.

Onun sözlərinə görə, PUA-ların təxminən yarısı artıq 2020-ci ildə təhvil verilməli və Silahlı Qüvvələrə verilməli idi.

Mamicanyan qeyd edib ki, həmin vaxt Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəlib, o, sonradan naməlum səbəbdən yenidən silahlanma planını dəyişmək qərarına gəlib.

“O, PUA-ların əvəzinə Qarabağ müharibəsi zamanı istifadə olunmayan “Su-30” qırıcılarını alıb. Qoy gedib buna görə üzr istəsinlər”, - deyə Mamicanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   PUA  


Bizi "telegram"da izləyin