“Past”: Paşinyan öz “repertuarında”dır, kim ona həyat ipi atacaq?

2024/09/1726554444.jpg
Oxunub: 236     11:11     18 Sentyabr 2024    
Nikol Paşinyanın daxili siyasi məsələlərin “həlli” metodunun ilk növbədə “hüquqi” olması artıq çoxdan yenilik deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan indi də öz “repertuarı”ndadır.

“Bir tərəfdən o, seçkilərə intensiv hazırlaşır (növbəti və ya növbədənkənar olmasının fərqi yoxdur), digər tərəfdən isə sentyabrın 22-dən ilk növbədə “Vətən naminə Tavus” hərəkatı vasitəsilə “isti payız”ın başlayacağı ilə bağlı xəbərlər var. Təbii ki, Paşinyanın qarşısında müxalifətin və hərəkatın sıralarını mümkün qədər zəiflətmək vəzifəsi var. Buna görə də o, yenidən hüquq-mühafizə sistemini işə salıb. Nümunələr göz qabağındadır, onları bir-bir sadalamağın mənası yoxdur. Digər tərəfdən, Paşinyan üçün kreslonun saxlanmasının ölüm-dirim məsələsinə çevrildiyi göz qabağındadır. Görünür, o başa düşür ki, hakimiyyət dəyişikliyindən sonra 2018-ci ildən başlayaraq ötən illərdə müxalifətlə necə davranıbsa, onunla da elə davrana bilərlər. Əldə etdiyimiz məlumata görə, müvafiq olaraq bu qorxunu əsas götürərək, üzərində bugünkü titul müxalifət nümayəndələrinin hakimiyyətə gəlməməsi üçün hər şeyi etmək vəzifəsi var. Paşinyan üçün ən yaxşı çıxış yolu onun yeni, alternativ, hətta indiki “oyunçular”la heç bir əlaqəsi olmayan, sülh və ədalət yolunu təklif edən qüvvə ilə əvəz olunması olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tavus  


Bizi "telegram"da izləyin