Mamuka Mdinaradze: "ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir"

2024/09/7a02a-1726511669.jpg
Oxunub: 319     23:16     16 Sentyabr 2024    
ABŞ-ın Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilədir.

Ordu.az-ın məlumatına görə, bunu “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.

“Bu (ABŞ-ın sanksiyaları - Qeyd) bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkilərinə müdaxilədir”, - Mdinaradze bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan  


Bizi "telegram"da izləyin