Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı namizədin iş qrafiki ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp həyatına təhlükə olmasına baxmayaraq, seçki yarışında fəal iştirakını davam etdirərək planlaşdırılan tədbirlərin heç birini ləğv etmək və ya təxirə salmaq fikrində deyil.
Xatırladaq ki, dünən Florida ştatındakı Palm-Biçdə Donald Trampın olduğu “Trump International Golf Club”un yaxınlığında odlu silahdan atəş açılıb. Hadisə ABŞ prezidentliyinə namizədin həyatına növbəti sui-qəsd kimi qiymətləndirilib. Şübhəli 58 yaşlı Rayan Uesli Rut artıq həbs edilib.
CNN-in məlumatına görə, bu gün ABŞ məhkəməsi Rutu odlu silahla bağlı iki maddə üzrə ittiham edib.
Palm-Biç dairəsinin şerifi Rik Bredşou bildirib ki, təcavüzkarın gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda optik nişangahı olan “AK-47” avtomatı, içərisində keramika lövhələri olan iki çantası və ekşn-kamera aşkar edilib.
Ordu.az