Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik bildirib.
O, Fransanın paytaxtı Parisdə PKK tərəfdaşlarının həyata keçirdiyi mitinqi şərh edərək, bunun Avropa İttifaqının rəsmi siyasətinə zidd olduğunu vurğulayıb. Ö. Çelikin sözlərinə görə, Fransa hökümətinin terrorçuları dəstəkləyən qrupların toplaşmasına icazə verməsi bu ölkənin demokratik dəyərlərinə zərbə vurur.
Ordu.az