Dövlət katibi Azərbaycanla ABŞ-ın COP komandalarının yaxından əməkdaşlıq etdiklərini bildirib

2024/09/1726498882.jpg
Oxunub: 404     18:54     16 Sentyabr 2024    
COP29-un uğurla keçirilməsi üçün ABŞ Azərbaycana dəstək göstərir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Prezident İlham Əliyev bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin