Paşinyan: "İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır"

2024/09/1726118406.jpg
Oxunub: 387     16:15     16 Sentyabr 2024    
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionun digər ölkələrinə də fayda gətirəcək.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Əminəm ki, sülhün benefisiarları təkcə Ermənistan və Azərbaycan deyil, Gürcüstan, Türkiyə və İran da ondan bərabər şəkildə faydalanacaq", - o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.

N.Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinin təxminən 80 %-ni razılaşdıra biliblər:

“Biz Azərbaycanı sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və yaxın vaxtlarda müzakirələri davam etdirməyi təklif etdik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İrəvan   Bakı  


Bizi "telegram"da izləyin