Danimarka ilin sonunadək Ukraynaya "F-16" qırıcıları göndərəcək

2024/09/1726486350.jpg
Oxunub: 341     15:30     16 Sentyabr 2024    
Danimarka 2024-cü ilin sonunadək Ukraynaya “F-16” qırıcılarının növbəti partiyasını göndərəcək.

Ordu.az “Ritzau” agentliyinə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Kiyevə səfəri çərçivəsində bildirib.

Qeyd edək ki, avqustun əvvəlində nazir bu təyyarələrin ilk hissəsinin Ukraynaya göndərildiyini aşıqlayıb. Onun sözlərinə görə, ölkəsi rəsmi Kiyevi ümumilikdə 19 ədəd “F-16” təyyarəsi ilə təchiz edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin