Ordu.az xəbər verir ki, Tayvan administrasiyası sentyabrın sonunda ilk F-16 “Block 70” döyüş təyyarəsini təhvil alaraq, HHQ-sini gücləndirəcək.
Ötən il təxirə salınan bu tədarük Tayvan administrasiyasının HHQ-sinin yüksək rütbəli rəsmiləri, ABŞ ordusundan ibarət nümayəndə heyəti, amerikalı təlimatçılar və ABŞ qəbul qrupu tərəfindən yaxından izlənəcək.
Bu təyyarələrin çatdırılmasında müxtəlif amillərə görə gecikmə yaranıb.
Tayvan administrasiyasının “Lockheed Martin”ə müqavilə şərtlərinə və çatdırılma cədvəlinə əməl etməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, tədarük dəfələrlə gecikdirilib.
Sevinc Əliyeva
Ordu.az