Ordu.az xəbər verir ki, alman dilində “Panzerjaeger” olaraq adlandırılan futuristik tank əleyhinə missiya sistemi konsepsiyası quru qoşunlarına situasiya məlumatlılığı və atəş üstünlüyünün birləşməsini təmin etmək üçün nəzərdə tutulub.
4×4 təkərli platforma əsas silah sistemi kimi İsrail istehsalı olan 5,5 kilometr mənzilli “Spike LR2” tank əleyhinə idarə olunan raketlə təchiz edilib.
Vasitəyə “Natter” uzaqdan idarə olunan silah stansiyasında yerləşdirilən 7,62 mm x 51 pulemyotdan əlavə olaraq 4 ədəd atışa hazır raketi olan bir cüt “Spike” buraxılış qurğusu quraşdırılıb.
“Rheinmetall”ın məlumatına görə, platformanın açıq arxitekturası digər idarə olunan raketlərin və HERO başlıqsız sursatlarının inteqrasiyasına imkan verir.
Kəşfiyyat üçün teleskopik dirəyə quraşdırılmış EOS500 elektro-optik sensor sisteminə malik zirehli vasitə 11 kilometrdən çox hədəf aşkarlama mənzili təmin edir.
Vasitənin istehsalı və mümkün tədarükü ilə bağlı məlumat verilməyib.
Sevinc Əliyeva
Ordu.az