Rusiya Çin istehsalı olan mühərrikə malik yeni kamikadze PUA-sı istehsal edib

2024/09/1726476685.jpg
Oxunub: 456     22:24     16 Sentyabr 2024    
İki kəşfiyyat mənbəsi “Garpiya”nın Ukraynada hərbi və mülki hədəflərə qarşı istifadə edildiyini, kritik infrastruktura zərər verdiyini və həm mülki, həm də hərbi itkilərə səbəb olduğunu iddia edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avropa kəşfiyyat xidmətinin iki mənbəsinə və “Reuters” tərəfindən nəzərdən keçirilən sənədlərə görə, ötən il Rusiya Çin mühərrikləri və hissələrindən istifadə edərək, “Garpiya-A1” adlı yeni uzun mənzilli hücum (kamikadze) Pilotsuz Uçuş Aparatı (PUA) istehsal etməyə başlayıb və Ukraynadakı müharibədə istifadə edir.

Çin texnologiyasını ehtiva edən yeni Rusiya PUA-sının mövcudluğu barədə əvvəllər məlumat verilməyib.

“IEMZ Kupol” və “Almaz-Antey” iddialarla bağlı sualları cavablandırmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin