“Hraparak”: Ermənistanda müharibəyə görə cinayət işlərinin “seli” gözlənilir

2024/09/image-1726472856.jpg
Oxunub: 367     14:08     17 Sentyabr 2024    
İki il əvvəl yaradılmış 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatı nəhayət ki, hazırdır, oktyabrda baxış üçün Ermənistan parlamentinə təqdim olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, komissiya hesabatın qapalı formatda müzakirəsini tələb edəcək.

“Hesabat həcmlidir, hökumət mənbələri onun məzmununu açıqlamaq istəmirlər, amma fəxr edirlər ki, hesabat dərc olunandan və müzakirə ediləndən sonra bəzi keçmiş hərbçilərlə bağlı cinayət işlərinin “çaşqınlığı” yaranacaq. Hamısının fikrincə, komissiya 44 günlük müharibədə məğlubiyyətin əsas günahkarını döyüş meydanında vuruşmuş və ya müharibə zamanı bəzi döyüş əməliyyatlarına rəhbərlik etmiş ən yüksək rütbəli hərbçilərin üzərinə qoymaq üçün hər şeyi edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin