Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, iki gün davam edən döyüşlərdə Azərbaycan tərəfi uğur qazanıb, hətta bəzi istiqamətlərdə mövqe irəliləyişi hərəkətləri də həyata keçirib.
“Hərbi əməliyyat nəticəsində rəqib Nerkin Hand, Yuxarı Şorca, Ərtanış və Zod istiqamətində mövqe irəliləyişi həyata keçirib. Azərbaycanla sülhə getmək üçün doymaq istəməyən yerli hakimiyyət orqanları rəqibin qoşunlarını ərazidən çıxara bilməyiblər. Üstəlik, Ermənistan hakimiyyəti hələlik hərbi əməliyyatlar nəticəsində həlak olanların siyahısını dərc etməyib. Rəsmi məlumatlara görə, döyüşlər zamanı erməni tərəfi 224 nəfər itirib. Ötən gün, sentyabrda iki gün davam edən döyüşlərdə həlak olanların anım günündə heç bir rəsmi Yerablura baş çəkməyib və onların xatirəsini ehtiramla yad etməyib. Nikol Paşinyan hətta gün münasibəti ilə “sevdiyi və qürur duyduğu” ictimaiyyətə belə müraciət etməyi lazım bilməyib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az