Trampa qarşı yenidən sui-qəsdə cəhd olub - YENİLƏNİB

2024/07/1722056918.jpg
Oxunub: 545     22:55     15 Sentyabr 2024    
Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Bu barədə konqresmen Teylor-Qrin məlumat verib və onun seçki qərargahı Trampın yaxınlığında atışma olduğunu bildirib.

Ordu.az xəbər verir ki, “New York Post”un yaydığı məlumata görə Məxfi Xidmət Donald Tramp “West Palm Beach”də qolf klubundan çıxarkən onun yaxınlığında baş verən atışmaya cavab verib.

Trampın qərargahı onun yaxınlığında atəş açıldığını, siyasətçinin özünün isə təhlükəsiz olduğunu bildirib.

***

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.

Ordu.az-ın məlumatına görə, bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.

Hələlik digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.

Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Sui-qəsd  


Bizi "telegram"da izləyin