Litva müdafiə naziri ÜDM-in 4 %-ni hərbi ehtiyaclara ayırmağa çağırıb

2024/09/362ab-1726422973.jpg
Oxunub: 375     21:51     15 Sentyabr 2024    
Litvanın müdafiə xərcləri ümumi daxili məhsulun (ÜDM) 4 %-ni təşkil etməlidir.

Ordu.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Laurinas Kaçyunas hakim "Vətən İttifaqı - Litvanın Xristian Demokratları" Partiyasının qurultayında deyib.

"Hesab edirəm ki, bizim səy göstərməli olduğumuz məqsəd müdafiənin ÜDM-in 4 %-i həcmində müdafiənin maliyyələşdirilməsidir. Bu, bizə həyata keçirdiyimiz proqramları qoruyub saxlamağa imkan verəcək, həmçinin “Patriot” raket sistemlərinin alınması üzrə milli proqramı həyata keçirməyə kömək edəcək”, - nazir bildirib.

Kasçyunas hökumətin hərbi ehtiyacların maliyyələşdirilməsini artırdığını vurğulayıb: “2020-ci ildən indiyədək Müdafiə Nazirliyinin büdcəsi 1 milyarddan 2,5 milyard avroya yüksəlib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ordu  


Bizi "telegram"da izləyin